Məşhur aparıcı Vüsalə Əlizadə qızı Dilək barədə paylaşımı ilə diqqət çəkib.
OLAY yazır ki, qızının fotolarını sosial şəbəkə hesabında yayımlayan aparıcı onun ibtidai sinifdən məzun olduğunu açıqlayıb:
“Biz ikimiz, əl-ələ tutub həyat yoluna çıxdıq. Bir gəzdik, bir danışdıq, bir öyrəndik, bir ağladıq, bir güldük, bir böyüdük… Şükürlər olsun Allahıma, bunu da bacardıq, bu gün biz ibtidai sinifdən məzun olduq. Dünya malına bədəl balam, Allahdan tək arzum sən Diləyimi sağlam, xoşbəxt, ağıllı və öz ayaqları üzərində dura biləcək gücə sahib bir xanım görməkdir. Çox xoşbəxt ol, mənim “pamuk prensesim”, ali məktəbdən məzun ol”.