Müğənni Günay İbrahimli şəxsi həyatı ilə bağlı açıqlama verib.
OLAY yazır ki, müğənni instaqramda izləyicilərinin suallarını cavablandırarkən eşq yaşadığı şəxs barədə danışıb.
O, “Hansı mahnınızı oxuyanda o yadınıza düşür?” sualına “Yanımdadır da. Niyə yadıma düşsün?”,- cavabını verib.
İbrahimli həmçinin noyabrda açacağı geyim mağazası haqda da danışıb. Günay münasib qiymətlərə paltarların da satılacağını bildirib.