Olay
Olay

EBU 6 ölkənin səsini bu səbəbdən ləğv edib

EBU 6 ölkənin səsini bu səbəbdən ləğv edib

Avropa Yayım Birliyi (EBU) “Avroviziya - 2022”də Azərbaycan da daxil olmaqla 6 ölkəni münsif səsverməsindən çıxarması ilə bağlı açıqlama yayıb. 

OLAY yazır ki, çıxarılan ölkələrin bir-birilərini ilk beşlikdə ön sıralara qoyması şübhəli hal kimi qiymətləndirilib. 

Qeyd edilib ki, bunun münsiflər arasında xal transferi olduğu düşünülüb. Bu səbəbdən də həmin ölkələrin verdiyi xallar sayılmayıb. 

Həmçinin, bildirilib ki, ölkələrə münsif heyətləri ilə məsələni tədqiq etmələri üçün imkan yaradılıb.

Bundan başqa, qeyd olunub ki, ikinci yarımfinalın nəticələrində dəyişiklik olmayıb.

Qeyd edək ki, Azərbaycandan başqa Polşa, Gürcüstan, Rumıniya, Monteneqro və San Marino, kimi ölkələrin səsi ləğv olunub.