Olay
Olay

Azərbaycan “Avroviziya”nın münsiflər heyətindən çıxarıldı

Azərbaycan “Avroviziya”nın münsiflər heyətindən çıxarıldı

Avropa Yayım Birliyi 6 ölkəni “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin münsiflər heyətindən çıxardığını açıqlayıb. 

OLAY yazır ki, həmin ölkələr sırasında Azərbaycan da var. 

Bundan başqa, Gürcüstan, Monteneqro, San Marino, Polşa və Rumıniya da heyətdən kənarlaşdırılıb. 

Sadalanan ölkələrin münsiflər heyətinin səsverməsində manipulyasiyaya ( hiylə) cəhd etməkdə ittiham olunduğu bildirilib. Bu səbəbdən AYB adı çəkilən ölkələrdən münsiflər heyətinin səslərini çıxarıb.

Qeyd edək ki, ötən gün Azərbaycan “Avroviziya”ya canlı bağlana bilməyib. Bəzi texniki problemlərin olduğu söylənilib. Azərbaycanın 12 xalı Böyük Britaniyaya verdiyi açıqlanıb. Lakin daha sonra ölkəmizin səsini açıqlamalı olan Nərmin Salmanova əslində Ukraynaya 12 xal göndərdiklərini bildirib. Buna baxmayaraq, həmin səs sayılmayıb.