Rusiyanın məşhur müğənnisi Lyubov Uspenskayanın Bakı konserti ləğv edilib.
OLAY yazır ki, tədbir oktyabrın 9-da Bakı Konqress Zalında baş tutmalı idi.
Vesti.az-ın iddiasına görə, Bakı sakinlərindən biri Azərbaycanın Mədəniyyət Nazirliyinə qarşıdan gələn konsertlə bağlı şikayətlə müraciət edib və o, idarənin nümayəndələrinə Lyubov Uspenskayanın qızğın ermənipərəst mövqedən çıxış etdiyini, mediada və sosial şəbəkələrdə belə fikirlər səsləndirdiyini bildirib. Azərbaycanı və onun məmurlarını təhqir edərək, guya sadə azərbaycanlılara məhəbbətlə bağlı açıqlamalar verib.
Sayt bildirir ki, nazirlik sənətçi ilə bağlı məlumatları oxuduqdan sonra Lyubov Uspenskayanın konsertinin ləğv edildiyini bildirib.
Mədəniyyət Nazirliyindən məsələ ilə bağlı OLAY-a açıqlama verilib. Söylənilib ki, sözügedən konsert proqramının təşkilatçısı Mədəniyyət Nazirliyi deyil:
“Lyubov Uspenskaya nazirliyimizin xətti ilə ölkəmizə gəlmir. Həmçinin, konsertin keçiriləcəyi müəssisə də Mədəniyyət Nazirliyinin tabeliyində deyil”.