Olay
Olay

““Milyonçu” mənə heç nə qazandırmadı”

““Milyonçu” mənə heç nə qazandırmadı”

“Aparıcısı olduğum “Milyonçu”dünya şöhrətli şou idi. Amma o şou mənə xırda populyarlıqdan savayı, heç nə qazandırmadı. Aktyor olur e, yaxşı obrazlar ifa edir, sonda da heç bir mükafatını almaz. Bu veriliş də mənimçün belə bir şey oldu”. 

OLAY yazır ki, bu sözləri aparıcı-aktyor Azər Axşam “Üzə-düz” proqramında qonaq olarkən deyib.  

O, açıqlamasına belə davam edib: “Mənə olan dəyəri, qiyməti versələr, kifayət idi! Yalandan niyə danışım ki?! “Milyonçu” mənə yüksək məşhurluq vermədi, bu gün də kimsə demir ki, Azər Axşam bilirsən kimdir? Dünya şöhrətli “Milyonçu”nun aparıcısıdır. İllər sonra “İctimai” kanalda bu şou yenidən başlayanda çox adam zəng elədi məni təbrik eləməyə. Səbəbini soruşanda dedilər ki, bəs şou başlayır da. Hər kəs gözlədi. Dedim vallah mənə deməyiblər, inanın ki, heç deməyəcəklər.

Müraciət də olmayacaq. 49 yaşım var, nə aparıcı, nə də aktyor kimi heç bir telekanaldan təklif gəlməyib. Azərbaycanda təklif olunmur! Verilişi tanışa, bilişə, sponsor tapana verirlər.

Proqramı onun öhdəsindən  daha yaxşı gələcək birinə vermirlər. Efir saatlarının bölümü düz deyil. Hər aparıcının bir müddətdən sonra aparacağı saat var. O öz zəhmətiylə axşam efirini qazanıb axı. Bu gün primetime-da Azər Axşam yoxdur! Belə bir sual yaranır da? Azər Axşam yoxdur, kim bəs? Azərdən yaxşısı varsa, alqışlayıram! Mütləq ki var! Azərə axşam efiri vermirsən, tamam! Bəs kimə verirsən?!”