Rəşad Dağlının oğlu Yusif izləyicilərə müraciət edərək paylaşım edib.
OLAY yazır ki, həbsdə olan meyxanaçının iki il əvvəl çəkilmiş şəkillərini paylaşan saytlara öz iradını bildirən Yusif “Bilirəm, köhnə şəkilləri paylaşaraq reklam qazanırsız, ancaq bu şəkillərin paylaşılmağı həm mənə, həm ailəmə, həm də atama problem yaradır. Şəkilləri silən xəbər saytlarına təşəkkür edirəm, silməyənlərin isə insafına buraxıram” - deyə, qeyd edib.
Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib. Rəşad Dağlı 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.