Avroviziya-2021 qalibiyyətindən sonra “Maneskin” qrupunun üzvlərinin narkotikdən istifadə etmələri iddiası gündəmə gəlmişdi.
OLAY yazır ki, bu məsələ ilə bağlı daha bir fakt üzə çıxıb.
Məlum olub ki, Fransa Prezidenti Emmanuel Makron Avroviziya şərhçisi Stefan Berndən bu məsələyə müdaxilə etməyi xahiş edib.
Stefan Bern “BBC”yə müsahibəsində bu barədə danışıb:
“Fransa Prezidenti də daxil olmaqla, bir çox insanlardan mesajlar gəldi və onlar mənə dedilər ki, “Maneskin” diskvalifikasiya edilməlidir”.
Stefan deyib ki, bunun üçün ondan Makron və Fransanın xarici işlər naziri təkidlə bir şey etməsini istəyib. O isə ev sahibi olmadığı üşün nəsə edə bilməyəcəyini deyib.