İftixar Piriyev İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru vəzifəsindən azad olunub.
OLAY “Report”a istinadla yazır ki, mədəniyyət naziri Adil Kərimli bununla bağlı müvafiq əmr imzalayıb.
Mədəniyyət Nazirliyindən faktı təsdiqləyiblər.
İftixar Piriyevin əmək fəaliyyətinin son yaş həddinə çatmasına görə müqaviləsinə xitam verilib.