“Özəl televiziyalar arasında maddi yexniki bazası, maliyyə vəziyyəti ən pis, hətta ən bərbad olan “Space” TV-dir”.
OLAY yazır ki, bu sözləri aparıcı Turan İbrahimov sosial media hesabında yazıb.
“Səbəbini də izah etməyə, məncə ehtiyac yoxdu. Vaxtilə kanalı işlətmək əvəzinə istismar ediblər, sıxıb suyunu çıxarıblar. Hazırda isə “Space”, ARB və ATV arasında demək olar heç bir fərq yoxdu. Hətta kanalları dəyişən zaman loqoları görməsən ayırd etmək olmur hansı hansıdır. Vizual keyfiyyət, proqram siyasəti, ümumi tematika və kontentlər fərqlənmir. Bu reallıq “Space” üçün möhtəşəm uğur, ARB və ATV üçünsə faktiki tənəzzüldür”.