Əməkdar artist Elza Seyidcahanın adına olan obyekt ilə bağlı dava davam edir.
OLAY yazır ki, sənətçi təkrar “Təsir dairəsi” proqramına müraciət edib.
O efirdə olarkən qarşı tərəfin nümayəndəsi, prodüser Təranə Səmədova studiyaya gəlib.
Elza bu zaman verilişi tərk edib. “Mən qorxuram belə adamlardan”, -deyə sənətçi bildirib.
Təranə isə Seyidcahanın icraçısının onu döydüyünü söyləyərək bədənindəki izləri göstərib.