Musiqi
Musiqi

Tünzalədən Zəngəzura mahnı...

Tünzalədən Zəngəzura mahnı...

Xalq artisti Tünzalə Ağayeva “Zəngəzur mahnısı”na çəkilən klipdə yer alıb.

OLAY yazır ki, pop ulduz yeni ekran işindən bir hissəni şəxsi “İnstagram” hesabında paylaşıb. Sənətçinin klipdəki obrazı xüsusi diqqət çəkib. Millli və tarixi ornamentlərin yer aldığı geyim məşhur dizayner Lali Rüstəmovaya məxsusdur. Stylinq isə ulduzun şəxsi stilisti Şamxal Ramazanlıya aiddir.

Layihənin məqsədi milli-mədəni yaddaşın gücləndirilməsi və Qərbi Azərbaycan mövzusunun mədəni təbliğinə töhfə verməkdir.

Klipin çəkilişləri Şərqi Zəngəzur - Laçın, Qubadlı, Zəngilan rayonlarında baş tutub.