“Uşaq idim, evimizdən dəfələrlə səsi gəlirdi, televizorda görürdüm, verilişinə baxırdım... O gün desəydilər ki, bir neçə il sonra bu oğlan sənin sevdiyin adam, həyat yoldaşın, qızının atası olacaq, gülüb keçərdim”.
OLAY yazır ki, bu sözləri aparıcı İlkin Həsəninin həyat yoldaşı, bloger Aysel Həsəni sosial media hesabında yazıb.
O, Həsəniyə təbriki belə ifadə edib:
“Tam 7 ildir 21 oktyabr mənim üçün vacib və sevincli günlərimdən biridir. Nə deyim? Daha təsəvvür belə etməyəcəyimiz qədər qeyd edək. Əl-ələ, sevgin, sevgimiz daim artsın. Hər gün daha bərk sevgi ilə günə birlikdə başlayıb, birlikdə bitirək.S əni sevirəm ad günün mübarək, mister Həsəni”.
Qeyd edək ki, cütlük 2017-ci ildə ailə qurub. Onların Alisa adlı bir qızı var.