Tanınmış şairə Cığatel İsaqızı mərhum həyat yoldaşı barədə “məni elə gözəl döyürdü ki” açıqlamasına aydınlıq gətirib.
OLAY yazır ki, “7 canlı” proqramına qonaq olan sənətçi fikirlərinin yanlış anlaşıldığını qeyd edib:
“Allah həyat yoldaşıma rəhmət eləsin. Kaş yaşayardı, yenə məni döyərdi. Əvvəlki açıqlamada mən demək istəyirəm ki, qısqanclıqdan qurtulmaq üçün məni döysün, deyim ki, əllərinə qurban olum. Cümlələri kəsərək birləşdirib paylaşıblar. Yaxşı etmisiz!
Kənar şəxs barədə danışmamışam ki? Allaha and olsun ki, döyməyin də gözəli olur. Dəhşət qısqanc idim. Ondan da tələb edirdim. Küsüb ağlayırdım, ona deyirdim ki, qısqan məni”.