Tanınmış şairə Cığatel İsaqızı müzakirələrə səbəb olan açıqlama verib.
OLAY yazır ki, o, “Onun sirri” proqramında qonaq olarkən mərhum həyat yoldaşının ona xəyanət etdiyini söyləyib.
Bundan sonra şairə əri ilə aralarında mübahisə yarandığını və fiziki şiddətə məruz qaldığını bildirib:
“Sonra fikirləşdim ki, övladlarımız var. Özümü ona bir gözəl döydürtdüm. Məni elə gözəl döydü ki... Hərdən filmlərdə görürsünüz, adamı döyüb içindən cin çıxardırlar. Bu da məni bir yaxşı şapalaqladı, elə bil ki, qısqanclıqdan azad oldum. O, vururdu, mən isə qarşısında dururdum. Sonra da dedim ki, əllərinə qurban olum. Nə gözəl etdin, təşəkkür edirəm. Düşündü ki, dəli olmuşam, məni silkələdi. Dedim, qorxma, dəli deyiləm. Yəqin ki, sevgidən də onda qurtuldum. Onunla birgə Bakıya gəldik. Elə bildim ki, oradakı sevgisi bitib. Bir neçə il qısqanmadım, arxayın olmuşdum. Küskün-küskün xidmət edirdim, Azərbaycan xanımı kimi ailəmin qulluğunda dururdum”.