Dünyaca məşhur müğənni Ledi Qaqa rusları “axmaq” adlandırıb.
OLAY yazır ki, bu barədə sənətçi Los-Ancelesdəki çıxışı zamanı danışıb. Pərəstişkarları ilə söhbət edən sənətçi Rusiyaya səfərlərini xatırlayıb, rus xalqını təhqir edib:
“O vaxtlar onlara lazım idi ki, məni həbs etsinlər. Dedim ki, qollarımı qandallayın. Mühafizəçilərlə hərəkət edirdim. Onlar necə axmaq idilərsə, elə də qalıblar”.
Qeyd edək ki, müğənni çıxışı zamanı 2012-ci ildə verdiyi konserti nəzərdə tuturdu. Belə ki, o, səhnədə LGBT icmasını dəstəkləyən çıxış etmişdi. Bundan sonra
Dövlət Dumasının deputatı Vitali Milonovun təşəbbüsü ilə yoxlama başlamışdı.
Bundan əvvəl, 2009-cu ildə Ledi Qaqa Qırmızı Meydanda yarıçılpaq gəzdiyi üçün həbslə üz-üzə gəlmişdi.