Olay
Olay

Asya və Fuad reytinq üçün ayrılıb? - Açıqlama

Asya və Fuad reytinq üçün ayrılıb? - Açıqlama

Bloger Asya İsmayılova həyat yoldaşı Fuad İsmayılovdan boşanması ilə bağlı sualları cavablandırıb. 

OLAY yazır ki, o, izləyicilərinin şərhlərinə cavab verib.

Asya deyib ki, bu xəbəri paylaşmaqda məqsədi reytinq olmayıb:

“Siz özünüzə övladınız ola-ola ailə üzərindən reytinq qazanmağı sığışdırarısınızsa, hamı belə edəcək deyə bir şey yoxdur. İstər bloger, istər müğənni hər kəsin həyatı var, hər kəs ayrıla bilər. Göz önündəyik deyə etdiyimiz hər hərəkəti reytinq adlandırmayın. İllərdir bizi televiziyalara çağırıblar. Prim qazanmaq istəsək, bununla edərdik. Səhifələr xəbərlərimizi paylaşanda sildirməzdik, kim ailə üzərindən reytinq qazanmağa çalışırsa, ayıb olsun.

Biz açıq səhifə işlətmişik və öz izləyicilərimizə hörmət edirik. Hamı görəcək ki, bir-birimizi izləmirik və birgə şəkillər paylaşmırıq. Bizi izləyən, sevən izləyicilər bu açıqlamanı gec-tez biləcəkdilər. Kimi aldadırıq? Necə ki, xoş günümüzdə bizimlə bərabər olublarsa, eləcə də bilməyi bilirlər. Biz burda detallı hər şeyi paylaşmırıq ki, insanlar qıcıq olsun, desinlər ki, mənası nədir”.