Olay
Olay

“Tanınmışlar TikTok-da dilənməməlidir”

“Tanınmışlar TikTok-da dilənməməlidir”

Aktyor Cavidan Novruz tanınmış simaların TikTok-dan pul qazanmasına münasibət bildirib.

OLAY yazır ki, bu barədə o, “Fatehin divanı” verilişində danışıb.

Cavidan deyib ki, TikTok-dan qətiyyən istifadə etmir:

“Mən həmin platformada yoxam. Tanınan sima oturub tamaşaçıdan nəsə dilənməməlidir. O insanların gözündə zirvədədir. Bəzən elə hərəkət edir ki, deyirsən bunu uzaqdan tanımaq daha yaxşıdır. Məni də cəlb ediblər. Demişəm, edə bilmərəm. Səhnədə oynayıram. Amma oturub saqqız çeynəyə-çeynəyə “filankəs, filan şey göndər” deyə bilmərəm. Özümə yaraşdırmıram, bu, biabırçılıqdır”.