Olay
Olay

“Verilişdə ağız dolusu danışır, indi telefona cavab vermir”

“Verilişdə ağız dolusu danışır, indi telefona cavab vermir”

Aparıcı Tural Əsədov Bakı Nəqliyyat Agentliyini tənqid edib.

OLAY yazır ki, sənətçi bu barədə sosial şəbəkədə yazıb. O, parklanma sistemindən gileylənib:

“Yəqin ki, küçələrdə quraşdırılan parklanmaya nəzarət kameralarının sayından xəbəriniz var. Və bu say günü-gündən artır. Parta-part cərimələr gəlir. BNA, Daxili İşlər Nazirliyi tıxaclarla mübarizə aparır. Soruşanda ki, harda saxlayım? Deyirlər, kalan pul xərcləmişik, parking tikmişik, gedin ora. Olsun. Razıyam. Parklamanın 24 saatı 12 manatdır (Azadlıq BNA Parkinq). Qonşular üçünsə güzəştli qiymət var. Bu da əla. Gedib MKİS-dən (JEK-dən) arayış alırsan ki, mən doğrudan da qonşuyam və burada yaşayıram.

Güzəştli tarifdən istifadə etmək istəyirəm, tıxaclarla mübarizə aparıram. Parkinq müdiri Nahid Əliyev (inanmıram ki, soyadını düz dedi) deyir qeydiyyatın başqa yerədir. Olmaz. Kimə istəyirsən de.  Mais Ağayev isə susur (telefona və smslərə cavab vermir), baxmayaraq ki, bizə verilişə dəfələrlə gəlib və gördükləri “işlərdən” ağız dolusu danışıb. Başqa kimə deyim? Haaqa Tribunalına?”.

Onun sözləri sosial şəbəkə izləyicilərinin də ürəyincə olub. Qısa zamanda aparıcının tənqidi yazısı digər insanlar tərəfindən də paylaşılıb.