Müğənni Gülay Zeynallı və xanəndə Eldəniz Məmmədovun küsülü olduğu ortaya çıxıb.
OLAY yazır ki, bu barədə “Şourum” proqramında məlumat verilib. Gülay səbəbsiz yerə həmkarının ondan incidiyini qeyd edib:
“Mən onu danışdırmıram, danışdırmayacam da! Mümkün deyil. Boşu yerə kimsə məndən küsəndə pis oluram, onun qarşılığında tonla kəsdiyim çörəyi məhv edirəm. Duet ortağım var idi, indi incikəm. Ən yaxşısı salam-sağ oldur.
Xətrini istəyirəm, sənət yoldaşımdır. Düşmən deyilik!”.