Xalq artisti Valeh Kərimov övladları ilə bağlı açıqlama verib.
OLAY yazır ki, sənətçi bu barədə “Onun sirri” proqramında danışıb.
Aktyor deyib ki, üç övladından ikisi universitet bitirib:
“Bir qızım və bir oğlum ali təhsillidir. Onlar iş tapa bilməyəndə digər oğlum dedi ki, mən nə üçün oxuyum? İndi o işsizdir. Bilirsiz, valideyni övladı qocaldır. Evdə onun üzünə baxanda xəcalət çəkirəm, o da mənə baxıb utanır. Oğlum da bir söz demir, mən də. İçimizdə çəkirik. Kimə müraciət edim? Kimin ayağına düşüm yalvarım?”.