Olay
Olay

“Faiq edir, amma el qınağından qorxuram”

“Faiq edir, amma el qınağından qorxuram”

Müğənni Nadir Qafarzadə həmkarları Nigar Camal və Rəqsanə İsmayılovanın vannada çəkilən  kliplərinə münasibət bildirib.

OLAY yazır ki, bu barədə o, “MTV Maqazin”ə danışıb.

Nadir deyib ki, müasir insandır və görüntüləri normal qarşılayıb:

“Hamam otağından çəkilən video idi. Bunlar daha mənim üçün vulqar deyil. Desək ki, Nigar, Rəqsanə, belə etməyin. Edəcəklər. Çünki ona xoşdur. Artıq kimsə qınaqlara fikir vermir. Rəqsanə xanım vannaya giribsə, orada çılpaq olmalısan. Palto, ya da jaket, paltarla yox. Görüntüyə görə klip trend oldu. Bu, tələb edilirsə, olsun”.

Nadir Xalq artisti Faiq Ağayevin yarıçılpaq kamera qarşısına keçməsindən də danışaraq özünün bunu edə bilməyəcəyini deyib:

“Faiq Ağayev belə istəyib, edib. Mən özümü elə görmürəm. Dənizdə, hovuzun ətrafında çılpaq ola bilərəm. Kamera qarşısında yox. Ona görə yox ki, bədən quruluşum buna imkan vermir. Sadəcə el qınağından qorxuram. Əslində düz etmirəm. Faiq və digər insanların cəsarətinə heyranam”.