Olay
Olay

“İndi bir can sınağınız var”

“İndi bir can sınağınız var”

Xalq artisti Flora Kərimova xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva (Toppuş bacı) haqda paylaşım edib.

OLAY yazır ki, o, aktrisanın fotosunu paylaşaraq ona dəstək olub.

“Tünzalə qızım, xoşbəxt qadın xoşbəxt ana olandır! Xoşbəxt insan, ətrafındakıların ona olan rəğbətinə şahidlik edəndir. Xoşbəxt sənətçi isə şadlığına sevinən, kədərini bölüşən tamaşaçısı olandır. Ömrün bu bəxşişlərini çoxdan almısız!

Həyatın dəyəri, insanın mənliyidir! Güclü olmaq dözüm, əzm deyil… Güclü qadın, özünün bir parçasına -“Anam hər zaman haqlıdır, anam ən doğrusunu bilir, ən gözəl insandır” kəlmələrini əməlləri ilə örnək olub dedizdirə biləndir. Siz bunu da bacarmısız. İndi bir can sınağınız var! Bunun da öhdəsindən gələcəksiz. Keçəcək… Əminəm! Sizin sevginizdən, niyyətinizdən, arzularınızdan, Tanrının böyüklüyündən əminəm! Yaxın günlərdə “həyata gözəl dərs verdin,qızım” deyib saçlarınızdan öpəcəyimdən əminəm”, - deyə sənətçi vurğulayıb.