Olay
Olay

Bankdakı vəzifəsində 12 dəqiqə qaldı

Bankdakı vəzifəsində 12 dəqiqə qaldı

Aparıcı Zümrüd Bədəlova İTV-də yayımlanan “Fatehin divanı” verilişinin qonağı olub.

OLAY yazır ki, sənətçi proqram zamanı başqa sahədə də çalışdığını etiraf edib:

“Mən bankda da çalışmışam. Bu, mənim ikinci geri dönüşümdən öncə idi. Düşündüm ki, artıq televiziyada çalışa bilməyəcəyəm. Dedim, qoy daha bir ağır, ciddi sferada özümü yoxlayım. Bankdakı işim 12 dəqiqə çəkdi. Hansı ki, çox gözəl məvacibi var idi, gördüm ki, o otaqda otura bilmərəm. Mən gərək ora-bura qaçam. Oturanda elə bilirdim ki, efirdəyəm. İnsanın canı, qanı öz sevdiyi işə bağlı olmalıdır”.

Qeyd edək ki, Z.Bədəlova televiziya sahəsinə 17 yaşından gəlib. O, daha sonra ailə quraraq sənətdən getmişdi. Sənətçi boşandıqdan sonra yenidən aparıcılıq fəaliyyətini davam etdirib.