Rihannanın reper sevgilisi Eysəp Raki (Rakim Mayers) həbs edilib.
OLAY yazır ki, Los-Anceles Polis Departamentinin məlumatına görə, buna səbəb Rakim Mayersin noyabrda silahlı qarşıdurmaya qarışmasıdır.
Sevgilisi Rihanna ilə Barbadosdan qayıdarkən havalimanında saxlanılan Rakinin evinin axtarılması üçün də əmr verilib.
Reperin vəkili Alan Cekson onun həbs edilməsi xəbərini təsdiqləyib. Rakinin azadlığa buraxılması üçün 550 min dollar girov tələb olunub.
O, pulu ödədikdən sonra sərbəst buraxılıb. Məhkəmə prosesi 17 iyunda keçiriləcək.
Zərərçəkən bildirib ki, 6 noyabrda Selma bulbarı yaxınlığında 22:20 radələrində Eysəp tapançayla ona yaxınlaşıb, 3 və ya 4 dəfə atəş edib. O iddia edib ki, güllədən biri onun sol qolunu yaralayıb.
Qeyd edək ki, hazırda 33 yaşında olan Mayers 2013-cü ildə küçədə çıxan davadan sonra İsveçdə həbs olunub. Həmin vaxt Donald Tramp onun azad olunması üçün İsveçi hədələyib. Reper 1 ay həbsdə qalıb və 1000 dollardan çox təzminat ödəyib.