Aparıcı Afaq Gəncəli ad günü ilə bağlı paylaşım edib.
OLAY yazır ki, Afaq süni intellektlə hazırlanan videosunu instaqramda paylaşıb. Aparıcı uşaqlıq görüntüsünü yer aldığı görüntüyə bu sözləri yazıb:
“Həyatımız güzgü kimidir... Özümüz-özümüzə baxanda içimizdəki o balaca uşaqla, o məsum özümüzlə pıçıldaşırıq. Çünki ən gizli, ən dərin etiraflarımızı yalnız özümüzə rahatlıqla pıçıldaya bilərik. Və mən bu gün bütün ruhumla bu güzgü qarşısında dayanıb səni təbrik edirəm, Afaqım... Səni təbrik edirəm, çünki mən sənin istədiyin kimi bir qadın oldum. Həm sarsılmaz dərəcədə güclü, həm də kövrək və zərif... Bəlkə haradasa aciz qaldım, yıxıldım... O acizliyimi bağışla mənə. Mənim əlimdə, gücümdə olmayan o çarəsiz anları, sənə yaşatdığım o kədərli günləri bağışla... Çalışacağam ki, sən mənə hər dəfə baxanda gözlərində yalnız fəxarət hissi olsun, mənə baxıb "Sən nə qədər mətin, nə qədər müdrik, və xoşbəxtsən... Mən səni həmişə belə görmək istəyirdim" deyəsən. Düz bir ildən sonra biz səninlə bu güzgü qarşısında yenidən görüşəcəyik. Yenə göz-gözə dayanıb, yenə dərdləşib yenə hesablaşıb və təbrikləşəcəyik. Səni yenə təbrik edəcəyəm, mənim balaca Afaqım... Ad günün mübarək olsun!”.