Olay
Olay

“11 uşaq oxutmuşam, 3 qız ərə vermişəm”

“11 uşaq oxutmuşam, 3 qız ərə vermişəm”

“Mən bir xanım ömrü yaşamadım. Bunu Allah mənə nəsib eləmədi. Həmişə məclislərdə, el şənliklərində kişilərlə çiyin-çiyinə çalışmışam. Amma daim  istəmişəm ki, xanım ömrü yaşayım. Digər xanımlar kimi istəyərdim ömrümün çox hissəsi mətbəxdə keçsin. Əlbəttə ki, ailə-övlad bunlar hamısı vacibdir, olmalıdır. Allah hamını xoşbəxt eləsin amma məndə alınmadı...” 

OLAY yazır ki, bu sözləri Xalq artisti Könül Xasıyeva “Üzə-düz” proqramında qonaq olarkən deyib. Muğam ifaçısı şəxsi həyatı barədə verilən sualları cavablandırarkən qız övlad arzusunda olduğunu qeyd edib:

“Əslində çox istəyirdim bir qızım olsun. Oğlum Kazımdan sonra bir qız övladı da istəyirdim, amma şəkər xəstəliyinə görə həkimim icazə vermədi. Çatdığımız arzular var, bir də çatmadığımız. Bu da yarım qalan arzularımızdan oldu. Qızım olsaydı, mənə qulluq edərdi... Allah xeyirli övlad versin. Hər bir ana arzulayır ki, onu qızı olsun. Nə etmək olar?! Olmadı”. 

Bundan əlavə, Xasıyeva ailə üzvlərini evlə təmin etdiyini vurğulayıb:

“Mən toya heç vaxt baha qiymətə toya getməmişəm. Çalışmışam ki, məclislərində məni görmək istəyən insanların məclisində iştirak edim. Şəkidə də 2 dəfə ev tikdirdim. Burda da özümə ev aldım. Sonra böyük qardaşıma rayonda, burda balaca qardaşıma ev tikdirdim. Bütün qohumlarımın, tanışlarımın, rəfiqələrimin uşaqlarına, kim yanıma gəlirdisə, hamısına təhsil vermişəm, oxutmuşam. Ali məktəb oxutmuşam, hazırlığa göndərmişəm. Bunlar hamısı göz qabağında olan şeylərdir.

11 uşaq oxutmuşam, 3 qız ərə vermişəm, 2 oğul evləndirmişəm. Bunlar hamısı şərtdir. Deyək ki, bir ailə başcısı iki övladını ancaq çalışıb bir yerə çıxarda bilir. 11 uşağın hamısını təhsil alması üçün onların hamısının 12 yaşından baxıb yazlığını, qış geyimlərini, getməklərini, gəlməklərini, təhsillərini, hazırlıqlarını çatdırmaq. Hərəsi 4 müəllim yanına gediblər. Bunların hamısı axı şərtdir. Mən həyatımı onlara sərf eləmişəm”.