Olay
Olay

“Bizə “bu iş olmaz” deyənlər çox oldu”

“Bizə “bu iş olmaz” deyənlər çox oldu”

İş adamı Ceyhun İzerlə evil olan müğənni İradə İbrahimova evlilik öldönümünü qeyd edib.

OLAY yazır ki, sənətçi bu barədə instaqramdakı hesabında məlumat yayıb:

“2001-ci il, 21 yaşımız var. Bir-birimizə ilk salamı verdiyimiz tarix… 2003-cü il bu günlərin toxumunu səpildiyi il. 2009-cu il münasibətimizin adını qoyduğumuz il…Həqiqətən biz bir-birimizi çox gözəl, məsafəli, səviyyəli, hörmətli sevdik. Sevgi hekayəmizdən hələ də böyük bir ləzzətlə, təəccüblə bəhs edirik.

“Bu iş olmaz” deyənlər çox oldu, iki könlü bir araya gətirən, ol deməsə olmayan tək sevgilim öncə uca Allahdır. Mənim üçün bu həyatda hər şey odur.

Həyatınızda sevdiyiniz nə varsa bilin ki, yan-yana gətirən var. O istəyərsə olur, yoxsa yarpaq belə qımıldamaz. Mənim sevgim ömürlükdür. Allah nə istərsə, o olur. Bilin istədim! 19.04.2009…”.