Olay
Olay

“Aygün İlhamənin fitvasına getdi”

“Aygün İlhamənin fitvasına getdi”

Əməkdar artist Elza Seyidcahan ATV-də yayımlanan “7 özəl” proqramında qonaq olub.

OLAY yazır ki, sənətçi aparıcı Mehin Hümbətovanın “Aygün Kazımova ilə münasibətiniz nə yerdədir” sualına belə cavab verib:

“Biz istidən ölməmişik, soyuqdan da ölməmişik. Arada xoşagəlməz hadisə oldu.Allah ruhunu şad eləsin, o, İlham Quliyevanın fitvasına getdi. İlhamə xanım mənə də çox şeylər deyirdi, amma mən heç zaman fitvaya getmədim. Şükürlər olsun ki, tortu mənə Allah versin. Mənə Allah nə qədər istəyirəm tort verib. Xoş günlərdə tortların sayı-hesabı bilinmir. Onun da balasının toyu olsun, çoxlu tortlar kəssin. Hər şey keçmişdə qaldı”.

Qeyd edək ki, mağazaların birinin açılışında tortkəsmə mərasimi zamanı Xalq artisti Aygün Kazımova Elza Seyidcahana tort verməmiş, bu hadisə onlar arasında qalmaqala səbəb olmuşdu.