Olay
Olay

Cavanşir Günayı tənqid etdi

Cavanşir Günayı tənqid etdi

Əməkdar artist Cavanşir Məmmədov müğənni Günay İbrahimlini tənqid edib.  

OLAY yazır ki, bu barədə sənətçi “Tarixin bir günü” proqramında danışıb.  C. Məmmədov qeyd edib ki, bir müddət əvvəl “Ana kürüm”ü ifa edən İbrahimli müəllifə qarşı hörmətsizlik edib:

“Ana kürüm”ü oxuyublar, Aşıq Pənahdan orada nə bir saz səsi var, nə də başqa bir şey. Bir dənə mahnının sözləridir, bunu ingilis mahnısı ediblər. Günay İbrahimli oxuyub, mahnının əvvəlində balaban var. Aşıq Pənah balaban ifaçısı olmayıb. Qızı, oğlu zəng etmişdi ki, atamın mahnısını niyə bu günə qoyublar?

Orada bir saz səsi gəlsə, nə olardı? Bu, bizim folklorumuzdur. Əgər aranjimançı ingilis stilində aranjiman edirsə, bir dənə başqa “Ana kürüm” yazsın. Mən bunları tövsiyə edirəm. Bir həmkarımız vardı, onu müdafiə etdi, bu mahnıya xeyir-dua verdi. Orada xeyir vermək olar, amma dua yox. Çünki Aşıq Pənahın ruhu inciyər”.

Qeyd edək ki, sözügedən mahnının sözləri və musiqisi Aşıq Pənah Pənahova məxsusdur.