Olay
Olay

Mətanət Əsədova əməliyyat olundu

Mətanət Əsədova əməliyyat olundu

Müğənni Mətanət Əsədova əməliyyat olunub.

OLAY yazır ki, xəstəxanadan Lent.az-a verilən məlumata görə, ifaçının vəziyyəti ağırdır: “Mətanət xanım yenicə əməliyyat olundu. İndi vəziyyəti ağırdır”. 

Qeyd edək ki, M. Əsədova bir neçə gün öncə bu barədə açıqlama vermişdi: “Təcili əməliyyat olunmalıyam. Səhhətimdə problem var. Həkim məni gözləyir, amma “narkoz”dan qorxuram. Ona görə də illəridir yaranan problemi aradan qaldıra bilmirəm. Allah özü kömək olsun. İnşallah, özümdə güc tapsam, əməliyyata girəcəm. Lazım olan bütün analizləri vermişəm”.