Olay
Olay

Ayrılıq xəbəri yalan çıxdı

Ayrılıq xəbəri yalan çıxdı

Bir neçə gün əvvəl ayrıldıqlarını deyən aparıcı- prodüser Vüsalə Kərimova və müğənni Yaşar Cəlilov sözügedən xəbərin yalan olduğunu və bilərəkdən bu cür addım atdıqlarını açıqlayıblar. 

OLAY yazır ki, bu barədə sənətçi Kərimovanın "Xoş Beş" verilişində qonaq olarkən danışıb.

O deyib ki, bunu təqdim etdiyi yeni mahnısı səhifələr və saytlar tərəfindən paylaşılmadığı üçün edib:

“Fikirləşdik ki, görəsən, başqa bir şey etsən, necə olar? Bəlkə məni unudublar, ya da yaxşı işimi istəmirlər? Biz də ona görə belə etdik. Mənə zəng edib, yaxud da toy adı ilə harasa çağırıb dəqiqləşdirin. Bununla da bildim ki, məni nə qədər sevməyən dost-tanışım var. Hətta Vüsalə xanım mənim yanımda ola-ola ona zəng edən oğlanlar...

Sizdən qorxmuram, üzünüzə də deyəcəm. Siz mənə zəng etməli idiniz. Çünki sizi mən o insanla (Vüsalə Kərimova- red) tanış etmişəm. Bu söhbətdə yaxınlarımdan 5 nəfəri itirdim. Elə oğlanlar var ki, mənim onlarla işbirliyim olub, yazmayıblar. Amma Vüsaləyə gələn mesajı, zəngi görmüşəm. Sadəcə deyirəm ki, sizə ayıb olsun. Mən həminki Yaşaram”.