Olay
Olay

“Səlahiyyətim olsa, qəbir ətrafı hasarları ləğv edərəm”

“Səlahiyyətim olsa, qəbir ətrafı hasarları ləğv edərəm”

“Yol bağlamaq, yol kəsmək günah deyilmi? Bizim insanlar qəbirstanlıq kimi yerdə də torpaq bölə və torpaqdan doya bilmir. “Mən hasarladım. Mənə rahatdır. Başqası nə vecimə?”.

OLAY yazır ki, bu sözləri sosial şəbəkə hesabında müğənni və bəstəkar Murad Arif qeyd edib. 

O məzarlıqda qəbirlərin ətrafının hasarlanmasından yazıb:

“Nənəmgilin yerinə dar yol vardı. Onu bir az da daraldıblar. Kimsə ölüsünə hasar düzəldir. Yoldan bir az da qapır. Axı göz doymur. Başqası necə keçəcək? Ölüsü düşsə, necə daşıyacaq? Bu qəbirstanlıqdır! Barı burada gözlər dünya malından doymalı.

Əlimdə səlahiyyət olsa, qəbir ətrafı hasarları ləğv edərəm! Əzizinin yanında basdırılmaq istəyən də, müraciət eləsin, yerini tutsun. Nə problemdir? Daha bu hasarlar, “zaborlar” nəyə lazımdır? Şəkildəki Avropa qəbrstanlığıdır. Səliqəli, hasarsız, hüzurlu”.