Olay
Olay

İbrahim obrazına görə 10 kilo arıqladı

İbrahim obrazına görə 10 kilo arıqladı

Aktyor İbrahim Çingiz “Yuxu kimi” serialındakı obrazına görə imicində dəyişiklik edib.

OLAY yazır ki, uzun saçlarını və saqqalını kəsdirən sənətçi həm də arıqlayıb. Yeni görüntüsünü instaqramda paylaşan İbrahim bu sözləri yazıb:

“Saçımı və saqqalımı iki ay bundan əvvəl kəsdirmişəm. Sadəcə bölüm yayımlanmadan, yeni tərzimi paylaşa bilməzdim. İki ay ərzində 10 kq arıqladım. Üç il bundan əvvəl isə qısa müddətdə 23 kq atmışdım. Bilirəm, siz standart görünüşlü aktyorlara öyrəşmisiz.

İllərdir dəyişməyən, obrazdan obraza eyni imicdə qalanlara... Amma mən bütün stereotipləri qırıb, əsl aktyor necə olmalıdır, göstərirəm. Hollivudun Azərbaycandakı təmsilçisi: İbrahim Çingiz ”.