Olay
Olay

Tolik “Xalq sığorta”dan şikayətləndi

Tolik “Xalq sığorta”dan şikayətləndi

Aparıcı və prodüser Tarix Əliyev (Tolik) “Xalq sığorta”dan şikayət edib.

OLAY yazır ki, o, bu barədə instaqramda video paylaşaraq danışıb.

“Bu gün bildim ki, icbari sığortada belə qanun var ki, iki saat ərzində şirkətdən nümayəndə gəlir. Maşınımı vurmuşdular, həmin qardaş zəng etdi. Bir yarım saat sonra operator cavab verdi və ünvanı soruşdu. Fikirləşdik ki, yarım saata gələr. Sonra bir də zəng edib ünvanı soruşdu.

Deməli, haradasa iki saata gələcək, hələ sənədləşdirmə aparacaq ki, mənə 500 manat versin. Niyə insanları bu qədər incidirsiz? Mənim imkanım var, özüm düzəltdirirəm. Kasıb insanlar niyə sizə ümidli olub, qışda, soyuqda gözləməlidirlər. Sizə pulumu halal etmirəm. “Xalq sığorta”, insanlara qarşı çox haqsızlıq edirsiniz”,-deyə Tolik bildirib.