“İndiki bəzi qızlar niyə ailə həyatı qurub, xanım olmaq istəmirlər ki? 23 yaşlı qız həyatını puç etdi. İnsan öz həyatını özü darmadağın edir. Məncə, bu hadisə bir çox gənc qıza dərs olar. Yazıq valideyn indi gör nə haldadır. Nə deyib ağlasın görəsən? Ey gənclər, həyatınızı məhv etməyin”.
OLAY yazır ki, bu sözləri müğənni Nadir Qafarzadə gecə klubundakı partlayışda ağır xəsarət alan, dünən vəfat edən Fərqanə Eynullayeva barədə şərh yazarkən bildirib.
O, “Show News”da paylaşına xəbərə reaksiya verərək gənclərə çağırış edib:
“Vallah, heç kimin həyatına müdaxilə etmirəm, sadəcə gənclərimizi özlərini qorumağa çağırıram. Yəni, həyatda özünüzü yox, valideynlərinizi və doğmalarınızı da düşünün. Həyat insana bir dəfə verilir. Gəncliyinizi məhv etməyin, Allah səbr versin”.