Olay
Olay

Cavanşir Quliyev 5-ci dəfə peyvənd olundu

Cavanşir Quliyev 5-ci dəfə peyvənd olundu

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev beşinci dəfə peyvənd olunub.

OLAY yazır ki, bununla bağlı o, sosial şəbəkə hesabında paylaşım edib. 

Türkiyədə yaşayan sənətçi orada risk qrupunda olduğunu, məcburi olmasa da, könüllü vaksin vurdurduğunu söyləyib.

C. Quliyev bildirib ki, özünü yaxşı hiss edir. Bəstəkar qeyd edib ki, koronavirusa yoluxduğu zaman onu vaksininin böyük köməyi olub.