Olay
Olay

Moskvadakı toydan imtina etdi

Moskvadakı toydan imtina etdi

Xalq artisti Röya Ayxan Moskvada bir tədbirdən imtina etdiyini açıqlayıb.

OLAY yazır ki, sənətçi bu barədə “Sözbaz” proqramına danışıb. 

O deyib ki, hətta Ukraynada da klip çəkilişi olmalı imiş:

“Ağla” adlı mahnıma klip çəkiləcək. Əslində bunları biz Ukraynada edəcəkdik. Təxminən 15 nəfərlik komanda ilə ora yola düşməli idik. Yaxşı ki, getməmişəm. Gedib orada qalsaydım... Özü də mən elə şeylərdən qorxuram. Moskvada da Xəyyam Nisanov ilə bir işimiz olacaqdı. Müharibə başlayan kimi dedim getmirəm. Qorxmaqdan da əlavə bir neçə təyyarə dəyişməlisən. Mən özümü sevirəm. Pula görə əziyyət çəkmərəm”.