Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə anası Fəridə ilə birlikdə “Zoraki Misafir” filminin premyerasına qatılıb.
OLAY yazır ki, sənətçinin anası KİV-in suallarını cavablandırarkən qızının çox emosional olduğunu, sonuncu işində yetəri qədər uğur qazandığını söyləyib. O, qızının fenomen olduğunu qeyd edib.
Nəsrin isə rol aldığı “Üç kuruş” serialından söz açıb. Sənətçi bildirib ki, ekran işi noyabrda yayımlanacaq:
“Ona görə çox həyəcanlıyıq. Bu gün də dostum, həmyerlim Müşviq Quluzadənin istehsalçısı olduğu “Zoraki Misafir” üçün gəldim. Həmçinin, filmin əsas obrazlarından birini canlandıran Mustafa Üstundağ da dostumdur. İlk çəkildiyim serialda tərəf müqabilim idi. Təxminən 15 ildir tanışıq. Ümumiyyətlə sənətdə olduğum müddətdə bir çox həmkarımla dədfələrlə rastlaşmışam, eyni layihələrdə rol almışıq”.
Aktrisa sevgilisi Gökhan Alkan ilə bağlı sualları da cavabsız qoymayıb:
“Gökhanla hər şey yolundadır. Ayrılıq xəbərlərinə biz də gülürük. Bunlar hər zaman olacaq. Məşhurlar evləndikdən sonra da müxtəlif xəbərlər çıxa bilir. O ki qaldı bizim evlənməyimizə... Bu qismət işidir”.
Qeyd edək ki, G.Alkan "Kalp yarası" adlı serialda rol alır.