Tanınmış müğənni Nicat Məhərrəmov da ötən gün partlayış baş verən klubda xəsarət alıb.
Bu barədə OLAY-a sənətçi özü məlumat verib.
O bildirib ki, dünən xəstəxanadan evə buraxılıb.
“Mənim qolum yanıb. Bir də başım deyəsən partlayış zamanı harasa dəyib. Ona görə, beynimdə silkələnmə var. Həkim müayinəsindən keçmişəm. Hər şey birdən oldu. Filmlərdə izlədiyimiz faciələrdən birini yaşadıq. Rəqs etdiyim zaman gördüm ki, hərə bir tərəfdədir. Dəhşətli partlayış idi. İnsanların səsləri, o an... Yəni çox şey olub. Danışa bilmirəm. Dünən xəstəxanada idim, artıq evdəyəm”, - deyə Nicat vurğulayıb.