Müğənni Demet Akalının sahibi olduğu restoranda dava düşüb.
OLAY Türkiyə KİV-nə istinadən yazır ki, sənətçinin həyat yoldaşı Okan Kurt qonşu ilə dalaşıb. Bunun ardınca, D. Akalın instaqram hesabında O. Kurtun həyatının təhlükədə olduğunu, təhdid edildiyini, hətta məkandan çölə çıxmasına icazə verilmədiyini söyləyib. Müğənni polislərdən kömək istəyib. Hadisədən sonra O. Kurt jurnalistlərə açıqlama verib. O, hadisənin təfərrüatlarından danışıb:
"Deyildiyi kimi, girov götürülməmişdim. Sadəcə bir dava oldu. Məni hədələyən şəxs Rəcəb Tayyip Ərdoğanın bərbəridir. Prezidentimizin yanında boynumuz qıldan incədir. Bu günə qədər onun xətrinə susduq. Lakin bu təhdidlər xoş deyil".