Musiqi
Musiqi

Gülben Demetə sərt cavab verdi

Gülben Demetə sərt cavab verdi

Son zamanlar xeyriyyə addımları ilə gündəmə gələn Demet Akalın və Günbel Ergen qalmaqal yaşayıb.  

OLAY yazır ki, buna səbəb Akalının Muğladakı konsertində Ergeni hədəf alan fikirlər səsləndirməsi olub:

“Antalyada bir xanım üçün ev tikdirmişəm. İndi də bir kənd məktəbi tikdirməyə hazırlaşıram. Amma bunu Gülben kimi adamlardan pul yığmaqla deyil, özüm edirəm”. 

Akalının həmin sözləri həmkarını qəzəbləndirib. Belə ki, Akalın çıxışını xəbərə çevirən bir jurnalistin yazını paylaşaraq “Zarafat kimi” şərhini yazıb. 

Ergen ona “Zarafat iki nəfərin eyni anda güldüyü vəziyyət deyil? Dərnəyimi, mənim illərdir verdiyim əməyi ən yaxşı bilərlərdənsən”,- yazaraq etirazını bildirib.