Müğənni Demet Akalın aparıcısı olduğu “Gelinim Mutfakta” verilişindən ayrılıb.
OLAY yazır ki, bu barədə “İkinci sayfa” proqramında qonaq olan Fatih Ürek məlumat verib.
Sənətçi Demetin kaprizlərinə görə layihədən ayrıldığını bildirib. Canlı yayıma bağlanan Akalın isə Fatih Ürekə əsəbiləşib:
“O, heç bir şey bilmədən mənim adımdan niyə danışır? Mənim necə intizamlı olduğumu çox yaxşı bilir. 5 gün konsertdən sonra, 3 gün də veriliş üçün işləyə bilmərəm. İki gün işləyəcəm deyə müqavilə imzalamışam. Kanal D-yə dedim ki, aparıcı kimi Gülben Ergeni, Songül Karlını gətirin. Həftəsonu işi çox olmayan müğənnilərlə anlaşın”.
Qeyd edək ki, “Gelinim Mutfakta”nın ilk aparıcısı Fatih Ürek olub. Ondan sonra bu verilişdə Onur Büyüktopçu çalışıb. Ötən il layihədə Seda Sayan aparıcılıq edib. Bu mövsüm isə “Gelinim mutfakta” ekrana Demet Akalınla qayıdıb.