Olay
Olay

“Pul sənin gücün, statusun və səviyyəndir”

“Pul sənin gücün, statusun və səviyyəndir”

“İnstaqramda çox sevgi mesajı yazırlar. Gündə 3-4 dəfə onları silirəm. Mən isə realist insanam. Onun varlığını hiss etməliyəm. Yəni bilməliyəm kimdir, işi-gücü nədir”.

OLAY yazır ki, bu sözləri “MTV Mqazin”ə açıqlamasında müğənnİ Ayan Babakişiyeva deyib.

O bildirib ki, həyatında daxil olacağı insanın gəliri önəmlidir:

“Aylıq gəlir nədir? Günlük qazanc... Hər zaman demişəm və çəkinmirəm bu həyatda pul sənin gücündür, səsindir, statusundur və səviyyəndir. Kim deyrisə ki, pulum olmasa da, hüzurum olsun, yalan danışır. Məsələn, mənim başım ağrıyır, həkimə getməliyəm. Pulum yoxdursa, necə gedim? Mən hər zaman deyirəm ki, ay Allah pulum olsun. Əgər mən özümə xırda da olsa, bizneslər qurmuşamsa, ayaqda dura bilirəmsə, həyatımdakı insan da məndən yuxarıda olmalıdır. Mənə yük olmamalıdır. Əslində belə deyəndə qıcıqlanırlar”.