Olay
Olay

Aygünə oxumağa imkan vermədilər - VİDEO

Aygünə oxumağa imkan vermədilər - VİDEO

Ötən gün rəqqasə Fatimə Fətəliyevanın ad gününə Xalq artisti Aygün Kazımovanın qatılması ajiotaja səbəb olub.

OLAY yazır ki, gecədə musiqiçilərlə yer alan sənətçi çətin anlar yaşayıb. Belə ki, ənənəsinə sadiq qalaraq bu dəfə də səhnə önünə ventilyator qoyduran Kazımova onlardan yararlana bilməyib. Çünki Aygünlə şəkil və video çəkdirmək istəyən məclis əhli buna imkan verməyib.

Səhnəyə axışan müğənnilər Günay İbrahimli, Aysel Əlizadə, Şəbnəm Qəhrəmanova, Gülay Zeynallı, aparıcılar Zümrüd Bədəlova, Arzu Həmzəyeva və başqaları yalnız mahnı bitəndən sonra onun yanından ayrılıblar.

Bu anlarda isə aparıcı Elvin Mərdanov dəfələrlə məclis iştirakçılarının səhnədən enməsini xahiş etsə də, qonaqlar onun sözlərini qulaq ardına vurub.

Həmin anlar OLAY-ın kamerasına tuş gəlib. Sözügedən görüntüləri təqdim edirik: