Xalq artisti Brilliant Dadaşova yenə atmacalı şeir yazıb.
OLAY yazır ki, sənətçi bununla bağlı İnstaqramda paylaşım edib:
“Hələ anlaya bilmədinsə saxtakarları, günah özündədir.
Qınama riyakarları. Nişan alıb yüksək hədəfi onların fırıldaq vücudları.
Mənəvi dəyərlər? Əzib keçərlər, anlamaz başları, çün zəif yaddaşları.
Boş ver cinsi məfrağları.
İstisna yox məqsədə varmaq üçün hər kəsi tapdayıb keçər ayaqları…”.
Qeyd edək ki, Dadaşovanın bu şeirləri “Səs Azərbaycan” yarışmasında birlikdə münsif kim yan-yana əyləşdiyi Xalq artisti Tünzalə Ağayevaya yazdığı iddia olunur.