Olay
Olay

Azərbaycanlı aktrisa ana olacaq

Azərbaycanlı aktrisa ana olacaq

Aktrisa Sabirə Abdullayeva ana olmağa hazırlaşır.

OLAY yazır ki, sənətçi bu barədə İnstaqramda məlumat verib.

O, hamilə fotosunu paylaşaraq “Hər bir qadının nə vaxtsa, belə bir şəkli olmalıdır. Çox gözəl və əvəzolunmaz duyğudur. Məsuliyyətlidir. Arzu edən hər kəsə nəsib olsun!” sözlərini yazıb.

Qeyd edək ki, S.Abdullayeva ötən ilin yayında rejissor Elvin Rüstəmzadə ilə ailə qurub. O, “Anamın kitabı”, “Yuxu kimi” seriallarda rol alıb. E.Rüstəmzadə isə “Dalan” filminin, həmçinin, “İfşa – Çətin hədəf”, “Simurq quşu” seriallarının rejissorudur.