Tanınmış aktrisa və aparıcı Xuraman Əlizadə TikTok-da canlı yayım zamanı diqqətçəkən açıqlamalar verib.
OLAY yazır ki, sənətçi bir yaxınının həyat yoldaşının ona xəyanət etdiyini söyləyib.
“Çox yaxın, tanıdığım bir adam deyir ki, əri ona xəyanət etmir. Amma mənə onun həyat yoldaşının yazışmalarını göstəriblər. O isə and içir ki, əri xəyanət etməyib. Mən həmin mesajları üç gün əvvəl görmüşəm. Oğlan isə özünü çox yaxşı aparır, deyir, başına dönərəm, azarın mənə gəlsin və sairə. Halbuki instaqramda yazışmalarını oxumuşam. Qadın da söyləyir ki, əri tərəfindən aldadıla bilməz. Bəstir də”,- deyə Xuraman bildirib.