Olay
Olay

Fatimə Nazilədən üzr istəməyəcək

Fatimə Nazilədən üzr istəməyəcək

Rəqqasə Fatimə Fətəliyeva qalmaqal yaşadığı şairə Nazilə Səfərli haqda açıqlama verib. 

OLAY yazır ki, o, bu barədə “Space səhər” proqramında danışıb. 

Fatimə deyib ki, ona Nazilədən üzr istəməsi üçün vaxt verilib:

“Ayın 28-nə qədər vaxt qoyublar ki, Fatimə Fətəliyeva qarşı tərəfdən üzr istəsin. Buradan da demək istəyirəm ki, həyatda valideynlərimdən və səhv etdiyim böyüklərdən üzr istəməyə hazıram. Deyirlər, üzr istəmək böyüklükdür. Əgər bir səhv edilibsə... Lakin yanlış etməmişəm, kiməsə şər atmamışam. Burada bir məsələ var ki, qarşı tərəf mənim adımı çəkməyib. Rəqqasə kimi müraciət edib. Amma hər kəsə aydındır ki, məni nəzərdə tutub. Mən isə ona adı ilə müraciət etmişəm ki, budur.

İllərdir bu insan məndən əl çəkmir. Bilirsiz ki, mənim rəqqasəlikdən, xına məclislərindən başqa da bir işim, gözəllik salonum var. Mənim salonumda ondan pul almadan qulluq edirdilər. Lakin səhifəsində anti-reklam etdi. Bunları mən unudurdum. Deyirdim, yəqin ki, anlaşılmazlıq olub. Amma davamlı olanda və ailəmə toxunanda dedim ki, “stop” et. Bunu da çox emosional şəkildə dilə gətirdim. Sözümün üstündə dururam, düz demişəm. Bildirir ki, o sözləri Fatiməyə deməmişəm. Mən məhkəmədə tələb edəcəm ki, həmin rəqqasənin adını açıqlasınlar. Başqası olsa, böyüklük edib üzr istəməyə hazıram. Onun adını çəksinlər ki, sən deyildin”.