Olay
Olay

Afaq Bəşirqızı sosial şəbəkəyə qayıtdı

Afaq Bəşirqızı sosial şəbəkəyə qayıtdı

Xalq artisti Afaq Bəşirqızı yeni instaqram səhifəsi açıb. 

OLAY yazır ki, bu barədə aparıcı Elgiz Əkbər məlumat yayıb. 

O bildirib ki, aktrisanın yeni rəsmi profili fəaliyyətə başlayıb. Aktrisanın sosial şəbəkə hesabında fevralın 11-də ilk paylaşım edilib. Səhifədə onun rol aldığı filmlərdən, tamaşalardan səhnələr yerləşdirilir. 

Sonuncu postda isə A. Bəşirqızı Novruzla bağlı təəssüratlarını izləyiciləri ilə bölüşüb, hər kəsin bayramını təbrik edib.

Bununla yanaşı, uzun müddətdir səhhətində problem olduğu iddia edilən sənətçinin sosial şəbəkələrə qayıtması maraqla qarşılanıb.